Vin Dizel

Vin Dizel
ing. Vin Diesel
Doğum adı Mark Sinclair
Doğum tarixi 18 iyul 1967(1967-07-18)[1][2][…] (57 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti kino aktyoru, kinorejissor, film prodüseri, ssenarist, səsləndirmə aktyoru[d], teatr aktyoru, kaskadyor, aktyor
Fəaliyyət illəri 1990-cı ildən
Təhsili
Boyu 182 sm
IMDb ID0004874
{{{imzanın izahı}}}
vindiesel.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vin Dizel (Əsl adı: Mark Sinkler; 18 iyul 1967[1][2][…], Alamida qraflığı, Kaliforniya[3][4]) — amerikalı aktyor və film prodüseri. "Forsaj" film seriyasında canlandırdığı Dominik Toretto personajı ilə məşhurlaşıb.

Dizel karyerasına 1990-cı ildə başlasa da, o vaxtlar yetəri qədər tanınma qazanmamışdı. Lakin o, yazıb rejissorluq etdiyi və rol aldığı 1995-ci il "Multi-Facial" və 1998-ci il "Strays" filmi ilə hər şeyi dəyişdi. Bu filmlər kinorejissor Stiven Spilberqin diqqətini çəkdi, o, daha sonra Dizeli 1998-ci ildə lentə alınmış "Sıravi Rayanı xilas etmək" filmində çəkdi. Dizel növbəti il 1999-cu ildə çəkilmiş "The Iron Giant" animasiya filmində dəmir robotu səsləndirdi. Məşhurlaşmağa doğru gedən Dizel, "Forsaj", "XXX" və "The Chronicles of Riddick" film seriyalarında baş rollarda çəkildi.

O, 2005-ci ildə "The Pacifier" filmində dayə rolunda çəkilib. Dizel 2014-cü il Marvel istehsalı "Qalaktika müfafizəçiləri" filmində Qrut personajını səsləndirib.

Dizel 1995-ci ildə One Race Films film istehsalı şirkətini təsis etmişdir. O, bununla yanaşı Racetrack Records musiqi şirkətini və Tigon Studios oyun istehsalı şirkətinin qurucusudur.

  1. 1 2 Gregersen E. Vin Diesel // Encyclopædia Britannica (ing.).
  2. 1 2 California Birth Index.
  3. 1 2 https://briefly.co.za/22000-vin-diesel-family-members-photos-stories.html.
  4. 1 2 https://metro.co.uk/2018/05/31/vin-diesel-becomes-actual-doctor-graduates-phd-30-years-dropping-uni-7593189/.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy